YAŞIL POMİDOR TURŞUSU
Tərkib:
1 kq yaşıl pomidor
4-5 ədəd acı bibər
3-4 ədəd qərənfil
7-8 diş sarımsaq
1 st. üzüm sirkəsi
1 x.q. limon duzu
2 x.q. duz
Su
Hazırlanması:
Suya sirkə, duz və limon duzu əlavə edilib qarışdırılır. Pomidorlar yuyulur, iynəylə bir neçə yerdən deşdəklənib balona yığılır, aralarına sarımısaq və bibər düzülür. Sonra üzərinə sirkəli qarışıq tökülüb, qərənfil səpilir. Qapağı bərk bağlanıb, soyuq yerdə saxlanır.
İnterpress.az