FHN dəqiq işləməlidir ki, hadisə təhlükəsiz ötüşsünbackend

FHN dəqiq işləməlidir ki, hadisə təhlükəsiz ötüşsün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterprees.az-a ekoloq Telman Zeynalov hadisə ilə bağlı son vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, təmir işləri çöl tərəfdən yox, bəndin içərisindən aparılmalıdır:
\”Çünki təmir çöldən aparılsa, su yaş sementi tez yuyub aparacaq. Təzyiqə tab gətiməsi üçün bəndi daxildən təmir etməlidirlər. Birdən suyu buraxsalar bu ərazi üçün təhlükəlidir. Düşünürəm ki, Fövqaladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi bu istiqamətdə lazımı tədbiri görəcəklər ki, bu hadisə təhlükəsiz ötüşsün. Burada bu qrumun üzərinə böyük yük düşür”.

Xatırladaq ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov Mingəçevir su anbarında sızıntının olması ilə bağlı mətbuata açıqlama verib.

Gülşanə Mustafayeva

İnterpress.az