İnterpress.az xəbər verir ki, İngiltərənin «Liverpul» klubuna qarşı matçın birinci hissəsini 0:1 geridə bitirməsinə baxmayaraq, İspaniyanın «Sevilya» klubu ikinci hissədə 3 top vuraraq kubokun sahibi olub.
Oyunda hesabı 35-ci dəqiqədə Starric açıb. İkinci hissənin ilk dəqiqəsində ispan klubunun oyunçusu Qameyro hesabı bərabərləşdirib. 64-cü və 70-ci dəqiqələrdə Kokenin vurduğu daha iki top Avropa Liqası kubokunu «Sevilya»ya qazandırıb — 3:1.
İnterpress.azhttps://youtube.com/watch?v=091LdukNXO8