Bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının toplantısı keçirilibTürkiyə KİV-nə istinadən xəbər verir ki, Toplantıda partiyanın lideri vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılıb.
45 dəqiqə davam edən iclasda nəqliyyat, rabitə, dənizçilik naziri Binali Yıldırımın namizədliyi razılaşdırılıb.
B. Yıldırım AKP-nin mayın 22-də keçiriləcək fövqəladə qurultayında AKP-nin sədri seçiləcək və baş nazir olacaq.
B. Yıldırım 1955-ci ildə Türkiyənin Ərzincan vilayətində dünyaya gəlib. İstanbul Texniki Universitetini bitirib. İsveçdə Beynəlxalq Dənizçilik Təşkilatına aid Dünya Dənizçilik Universitetində ixtisasartırma kursu keçib. 1994-2000-ci illərdə İstanbul Bələdiyyəsinin Dəniz Avtobusları İdarəsinin baş direktoru vəzifəsində çalışıb.
Siyasətə qoşularaq AKP sıralarından millət vəkili seçilib və 58-ci, 59-cu, 60-cı hökumətlərdə nazir vəzifəsində çalışıb. Evlidir, 3 övladı var. İngilis və fransız dillərini bilir.
İnterpress.azhttps://youtube.com/watch?v=qfeB-brlY8E