Çuğundur turşusu
Tərkib:
1 kq çuğundur
1 st. alma sirkəsi
1 x.q. şəkər tozu
1 ç.q. limon duzu
5 diş sarımsaq
2 x.q. duz
1,5 l su
Hazırlanması:
Çuğundurun qabığı təmizlənir. Dörd hissəyə bölünür, üzərinə isti su, duz və şəkər tozu tökülüb 15 dəq. bişirilir.
Xırda doğranmış sarımsaq, limon duzu və sirkə qarışdırılır.
Çuğundur sudan çıxarılır, (suyu saxlanır) soyudulub halqavarı doğranır və yaxudda rəndələnir.
Bankaya yerləşdirilir, üzərinə sarımsaqlı qarışıq və su tökülüb qabağı kip bağlanır.
İnterpress.az