Tərkib:
120 qr qara əncir
125 qr “Mazzarella” pendiri
Qarışıq göyərti
Nanə qurusu
Marinad üçün:
10 ml zeytun yağı
5 ml üzüm sirkəsi
5-6 damcı limon suyu
Duz, istiot
Hazırlanması:
Pendir 6 yerə bölünüb nanə qurusuna batırılır.
Marinadın hazırlanması:
Zeytun yağı, sirkə və limon suyu qarışdırılır, üzərinə duz, istiot səpilir.
Əncir doğranıb 10 dəqiqə marinadın içində saxlanır.
Marinad olunmuş əncir pendirin üzərinə qoyulur.
Salatın üzərinə marinad gəzdirilir, göyərti ilə dekor edilib süfrəyə verilir.
İnterpress.az