Türk mətbəxindən – Ətli pidebackend

Türk mətbəxindən – Ətli pide

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:
Un – aparana qədər
2st ilıq süd
1 ç.q. quru maya
0, 5st. bitki yağı
1 ədəd yumurta
1 x.q. şəkər tozu
İçlik üçün :
300 qr ət
1 ədəd baş soğon
2 ədəd pomidor
2 ədəd acı bibər
Duz, qara və qırmızı
Üzəri üçün:
1 ədəd yumurta sarısı
3 x.q. süd
Hazırlanması:
Dərin bir qabda xəmir üçün ərzaqlar qarışdırılıb çox bərk olmayan xəmir yoğrulur. Xəmir 50 dəq. dinləndirilir.
İçliyin hazırlanması:
Ət baş soğanla ətçəkən maşından keçirilir, üzərinə rəndələnmiş pomidor, xırda doğranmış bibər, duz, istiot əlavə edilib qarışdırılır.
İçlik tavada qovrulur (yarıbışmiş) .
Xəmir kündələrə bölünür. Kündə yağlanmış və unlanmış masada uzunsov şəkildə açılıf, üzərinə 2 x.q. içlik qoyulub yayılır.
Kənarda qalan hissəni iki əllə, ətli hissəyədək fırlayıb, ucları təkrar əllə möhkəm bərkidilir.
Pide yağlanmış formaya qoyulur,xəmir hissəsinə südlü-yumurtalı qarışığı çəkilib 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.

İnterpress.az