Tərkib:
0,5 st. zeytun yağı
1 st. yağsız süd
3 ədəd yumurta
2 st. un
1 paket qabartma tozu
1 paket vanil
1 x.q. saxaroza
5 ç.q. kakao
Hazırlanması:
Yumurtanın üzərinə saxaroza əlavə edilib mikserlə çirpılır.
Üzərinə süd və yağ əlavə olunub bir daha çırpılır.
Daha sonra kütləyə un, kakao, vanil, qabartma tozu qatılıb təkrar qarışdırılır.
Xəmir yağlanmış formaya tökülüb, 180 dərəcəli sobada 45 dəq. bişirilir.
İnterpress.az