Ağızda əriyən “Röya “qurabiyyəsibackend

Ağızda əriyən “Röya “qurabiyyəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
100 qr kərə yağı (yumşaldılmış)
1 st. şəkər tozu
2 x.q. üyüdülmüş badam
2-3 st. un
1 st. albalı dənələri (tumu çıxarılmış)
1 paket qabartma tozu
1 paket vanil
Bir çimdik duz

Hazırlanması:

Kasaya kərə yağı, şəkər, üyüdülmüş badam ləpəsi və duz əlavə edib mikserlə çırpın.
Daha sonra qabartma tozu, vanil və az-az un töküb yumşaq xəmir yoğurun.
Xəmirdən qoz boyda parçalar qopardın, ortasını basıb içərisinə albalı dənəsi yerləşdirin.
Qurabiyyələri yağlanmış formaya düzüb, 200 dərəcəlik sobada 15 dəq. bişirin.

İnterpress.az