Yulaf yarmasından pəhriz keksibackend

Yulaf yarmasından pəhriz keksi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 st süd
2 st. buğda unu
2 x.q. zeytun yağı
2 x.q. yulaf yarması
50 qr qoz ləpəsi
6 ədəd ərik qurusu
1 st. kişmiş
2 ç.q. darçın
1 ç.q. qabartma tozu
2 ədəd yumurta
2 gəhvə fincanı bəhməz
2 ədəd rəndələnmiş armud və ya alma

Hazırlanması:
Yulaf yarması, bəhməz, süd , yumurta və zeytun yağı qarışdırılır.
Üzərinə kişmiş, rəndələnmiş armud, xırdalanmış qoz ləpəsi, ərik qurusu, qabartma tozu, darçın və un əlavə edilib təkrar qarışdırılır.
Xəmir yağlı kağız salınmış formaya tökülüb hamarlanır.
Xəmir 200 dərəcəlik sobada 50- 60 dəq. bişirilir.
Keks bişdikdən sonra forma tərs çevrilir, soyudulur, doğranır.
Üzərinə yarıya bölünmüş qoz ləpəsi qoyulub servis edilir.

İnterpress.az