Üz və vucud maskası
Bal, yumurta ağı ve xamaya rəndələnmiş avakado qatın. Üz və dekolte hissəsinə 15 dəq. çəkib saxlayın. Həftədə 1 dəfə təkrarlayın. Cildinizdə işıltını hiss edəcəksiniz.
Saç maskasi
Avakadonu əzib, içərisinə yarım limon sıxın və bir neçə damcı zeytun yağı əlavə edin. Qarışığı saçlara çəkilib 20 dəq. saxlanır. Həftədə 1 dəfə təkrarlayın, saçlarınız parıltılı olacaq .
Göz çevrəsi üçün
Dilimlənmiş soyuq avakadonu göz ətrafına yerləşdirin.15 dəq. sonra canlandırıcı və göz şişkinliyin azaldan bu maskaya heyran qalacaqsız.
Əl maskasi
Avakadonu əzib 2 ç.q. dəniz duzu ilə qarışdırın. Qarışığı ellərinə çəkib 3 dəq. boyunca ovun . Ovma prosesində əldəki ölü hüceyrələr ortadan qaldırılır və əlləriniz pambıq kimi olur.
İnterpress.az