Tərkib:
1 st. un
3,5 st. su
200 qr qurudulmuş ət
100 qr xırda lobya
5-6 ədəd zoğal
Alça turşusu
Duz, istiot
Hazırlanması:
Unun üzərinə ½ st. su və duz əlavə edilib çox bərk olmayan xəmir yoğrulur.
Xəmir hissələrə bölünüb uzunsov şəkildə yayılır.
Kiçik hissələrə bölünüb hər bir hissə şəhadət barmağı ilə eşilir.
Bir-birinə yapışmaması üçün unlanmış siniyə yığılır.
Lobya əvvəlcədən duzlu suda bişirilib süzülür.
Ət xırda doğranır, üzərinə 3 st. su əlavə edilib qaynadılır.
Bulyona xəmir parçaları tökülüb qaynadılır.
Xəmir bişənə yaxın yeməyə zoğal və bişmiş lobya əlavə olunur.
Duz, istiot səpilib 3-4 dəqiqə sonra odun üzərindən götürülür.
Hazır xingili süfrəyə alça turşusu ilə verilir.
İnterpress.az