Səbətdəki bir çürük alma bütün səbəti çürüdər – belə bir deyim var. Ancaq sadəcə çürük alma digər almaları çürütmür, sağlam alma da başqa meyvələrə zərər verə bilər.
Alma, armud, ərik, banan, kivi, mango,şaftalı və alça bir yerdə saxlandıqda rənglərində dəyişiklik baş verir.
Alma və qarpız
Alma qarpızın dadını dəyişır, bir-birindən uzaq tutulmalıdır.
Soğan və kartof
Soğan kartofun dadını və keyfiyyətini pozur.
Banan və digər tərəvəzlər
Meyvə və tərəvəzləri banandan uzaq tutun.
Kivi ve avokado
Bərabər bir yerdə soyuducuda saxlanıla bilər.
Pomidor və alça
Soyuducuda saxlanıla bilər, ancaq yeməkdən öncə otaq temperaturunda qalsalar dadı daha da gözəl olar.
Nektarin, şaftalı və ərik
Otaq temperaturunda saxlanılması məsləhətdir, soyucuda uzun müddət qalanda dadını itirir.
Xiyar, bibər, gül kələm və brokoli
Bu tərəvəzləri soyuducuda saxlaya bilərsiniz
İnterpress.az