Tərkib:
2 st. qırmızı mərci
2 st. incə bulqur
1 ədəd baş soğan
1 dəstə cəfəri
1 dəstə göy soğan
2 x.q. tomat pastası
1 st bitki yağı
Duz. İstiot, pul bibər
Hazırlanması:
Mərci yuyulub suda bişirilir. Suyu çəkildikdən sonra üzərinə bulqur əlavə edilib 30 dəq. ağzı bağlı saxlanır.
Soğan xırda doğranıb yağda qovrulur, üzərinə tomat pastası əlavə olunub mərci ilə qarışdırılır.
Qarışığa xırda doğranmış göyərti, ədviyyatlar əlavə olunub yaxşıca qarışdırılır.
Soyuyandan sonra parçalar qopardılıb yuvarlanlıb kahı yarpaqları ilə servis edilir.
İnterpress.az