Tart üçün:
60 qr un
50qr kərə yağı
50qr şəkər tozu
2 ədəd yumurta
30-40 qr nar dənəsi
20-30 qr moruq
Qaymaqlı krem üçün:
1 st. qaymaq
0,5 st. süd
0,5 st. şəkər tozu
¼ st. un
5 qr vanil
2 ədəd yumurta sarısı
Tartın hazırlanması:
Yumurta çırpılır, üzərinə şəkər tozu əlavə edilib qarışdırılır.
Qarışığa yumşaldılmış kərə yağı və un qatılıb xəmir yoğrulur.
Xəmir tart qablarına yayılıb 180 dərəcəyədək qızdırılmış sobada 10-15 dəqiqə bişirilir.
Qaymaqlı kremin hazırlanması:
Südün üzərinə qaymaq, şəkər tozu, un və vanil əlavə edilib qarışdıırlır.
Qarışıq 5-6 dəqiqə bişirilib isti qalmaq şərtilə bir qədər soyudulur.
Üzərinə yumurta sarısı əlavə edilib mikserlə çırpılır.
Çokolad üçün:
50 qr şokolad
20 ml bitki yağı
Hazırlanması:
Şokolad, qarışdırılıb odun üzərində əridilib soyudulur.
Şokoladlı qarışıq bişmiş xəmirin üzərinə yayılıb soyuducuya yerləşdirilir.
Beze üçün:
2 ədəd yumurta ağı
15 qr şəkər
Hazırlanması:
Yumurta ağı mikserlə çırpılır.
Üzərinə qaşıqla şəkər tozu əlavə edilir, mikserlə qarışdırılıb beze şəklinə salınır.
Beze yağlı kağız salınmış formaya halqa şəklində sıxılıb 160 dərəcəyədək qızdırılmış sobada 25 dəqiqə bişirilir.
Şokoladlı tartın üstünə moruq düzülür.
Üzərinə beze qoyulub qaymaqlı krem sıxılır.
Nar dənələri səpilib üstü diğər beze ilə örtülür.
İİnterpress.az