Tərkib:
1 st. suda bişirilmiş noxud
1 st. suda bişirilmiş buğda
1 st. suda bişirilmiş yaşıl mərci
1 ədəd baş soğan
500 qr quşbaşı ət
1 st. qatıq
3 x.q. un
1 st. zeytun yağı
Hazırlanması:
Xırda doğranmış soğan yağda qovrulur. Üzərinə ət əlavə edilib təkrar qovrulur. Ət yağa düşəndən sonra üzərinə 5 st. qaynar su tökülür.
Daha sonra şorbaya noxud, buğda və mərci əlavə edilib bişirilir.
Un, qatıq və 1 st. su çırpılır. Qarışıq qaynayan şorbaya az-az tökülüb qarışıdırılır. Hazır şorbaya duz səpilib servis edilir.
İnterpress.az