Tərkib:
150 qr hisə verilmiş qızıl balıq
3 ədəd yumurta
1 ədəd portağal
30 qr tumsuz yaşıl zeytun
30 qr holland pendiri
10 qr qırmızı kürü
1 ədəd bildirçin yumurtası
100 qr mayonez
Duz, istiot
Hazırlanması:
Yumurta suda bişirilir.
Ağı sarısından ayrılır.
Yumurta ağı, pendir sürtgəcdən keçirilir.
Yumurta sarısı, balıq, qabığı soyulmuş portağal, zeytun kubvarı doğranır.
Bildirçin yumurtası suda bişirilib qabığı soyulur.
Ərzaqlar aralarına mayonez çəkilib duz, istiot səpilərək boşqaba bu qayda ilə yığılır:
Yumurta ağı, yumurta sarısı, balıq, zeytun, balıq, pendir, portağal, yumurta ağı.
Hazır salat kürü, bütöv bildirçin yumurtası, halqavarı doğranmış zeytunla bəzədilib servis edilir.
İnterpress.az