Tərkib:
3 ədəd kartof
1 ədəd baş soğan
2 diş sarımsaq
30 ml süd
30 qr qaymaq
150-200 ml tərəvəz bulyonu
30 ml bitki yağı
5 qr darçın
Duz, istiot
Hazırlanması:
Soğan və sarımsaq xırda doğranıb yağda qızardılır.
Üzərinə doğranmış kartof əlavə edilib 5 dəqiqə qovrulur.
Qarışığın üstünə bulyon tökülür, duz, istiot səpilib bişirilir.
Kartof bişənə yaxın kütləyə süd və qaymaq qatılıb blenderdən keçirilir.
Şorbanın üzərinə darçın səpilib servis edilir.
İnterpress.az