Hamıdan gözəl mənəm – üz üçün təbii maskalarbackend

Hamıdan gözəl mənəm – üz üçün təbii maskalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yağlı və parıldayan vucud üçün tonik

Hamıdan gözəl mənəm – üz üçün təbii maskalar

1 şüşə qazlı suyu bir cevzəyə tökün, üzərinə 4 parçaya bölünmüş 1 ədəd limonu atın. 1 ç.q. rozmarin yağını əlavə edib, 5 dəq. qaynadın. Daha sonra blenderdən keçirib cildinizə çəkin. 20 dəq. saxlayıb üzünüzü yuyun.

Kətan toxumu maskası

Hamıdan gözəl mənəm – üz üçün təbii maskalar

1 qəhvə fincan kətan toxumunun suda qaynadıb, jele şəklinə salın.
Daha sonra üzərinə 1 st. su, 1 ç.q. propolis əlavə edib qarışdırın. Dəsmalı qarışığa batırıb 20 dəq. cildinizə kompress edin.

Alın qırışları üçün maska

Hamıdan gözəl mənəm – üz üçün təbii maskalar

1 x.q düyünü suda bişirin, üzərinə 1 st. su, 1 ədəd alma suyu, 1 ç.q. bal və 2 damcı jojoba yağı qatıb qarışdırın. Həftədə 2 dəfə alnınıza çəkib, 20 dəq. saxlayın.

Çilli cild üçün maska

Hamıdan gözəl mənəm – üz üçün təbii maskalar

2 x.q. badam ləpəsini döyün, un halına gətirin. Üzərinə 1 ədəd yumurtanın ağı, 2 x.q. limon suyu, 1 x.q. bal, 1 ç.q. kərə yağını əlavə edib qarışdırın. Cildinizdə 15 dəq. saxlayıb, üzünüzü ovaraq yuyun.

İnterpress.az