Tərkib:
3 st. çiyələk
1 st. şəkər tozu
2 st. soyuq yağlı qaymaq
2 st. soyuq tam yağlı süd
Hazırlanması:
Çiyələkləri yuyun və təmizləyin. Çiyələkdən 2 stəkan götürüb blenderdə pure halına salın. Qalan çiyələkləri isə xırda-xrda doğrayın.
İri dərin qabda çiyələk püresini şəkərlə qarışdırıb əllə çırpın. Suyu ilə birlikdə doğranmış çiyələkləri, yağlı qaymağı və südü əlavə edin. Qarışdırın.
Qarışığı buzxana qabına töküb soyuducuya yerləşdirin. Bir saatdan sonra buzxanadan çıxarıb əl mikseri ilə kənarlarındakı buzu qırmaqla çalın. Qapağını örtüb yenidən buzxanaya qoyun. Bunu daha 2-3 dəfə təkrar edin və dondurmanı tamamilə donmaq üçün buzxanada saxlayın.
İnterpress.az