Ətli bükməbackend

Ətli bükmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
200 qr can əti
Zeytun yağı
Duz, istiot

İçlik üçün:

1 ədəd baş soğan
½ ədəd qırmızı bibər
½ ədəd yaşıl bibər
½ ədəd sarı bibər
1 ədəd kök
40 qr kərə yağı
Duz, istiot

Sous üçün:

20 qr holland pendiri
2 x.q. qaymaq
Duz, istiot

Hazırlanması:

Can əti döyülüb açılır, üzərinə duz, istiot vurulur.
Baş soğan, rəngli bibər, kök samanvarı, kərə yağı xırda doğranır.
Doğranmış ərzaqlar qarışdırılır.
İçlik ətin üzərinə yayılıb rulet formasında bükülür.
Ətli bükmə zeytun yağında qızardılır.
Sousun hazırlanması:
Qaymaq zəid odda qaynadılır, üzərinə sürtgəcdən keçirilmiş pendir əlavə edilir.
Pendir əriyəcən qarışdırılıb, odun üstündən götürülür.
Ətli bükmə iki hissəyə bölünür, boşqaba qoyulur.
Üzərinə sous tökülüb servis edilir.

İnterpress.az