Toyuq ətli, göbələk souslu fəsəlibackend

Toyuq ətli, göbələk souslu fəsəli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:

300 qr un
2 st. ilıq süd
2 ədəd yumurta
Bitki yağı
Bir çimdik duz

İçlik üçün:

300 qr toyuq filesi
1 ədəd baş soğan
1 x.q. kərə yağı
Duz, istiot

Göbələkli sous üçün:

150 qr göbələk
30 qr holland pendiri
1 x.q. qaymaq
2 x.q. toyuq bulyonu
Duz, istiot

İçliyin hazırlanması:

Toyuq filesi və baş soğan ətçəkən maşından keçirilir.
Qarışıq yağda qovrulur, üzərinə duz, istiot səpilir.
Göbələkli sousun hazırlanması:
Göbələk xırda doğranıb yağda qızardılır.
Üzərinə toyuq bulyonu və qaymaq əlavə edilib qarışdırılır.
Qarışığın üzərinə sürtgəcdən keçirilimiş pendir qatılır.
Sousun üzərinə duz və istiot səpilib, odun üzərindən götürülür.
Hazır sous blenderdən keçirilir.

Fəsəlinin hazırlanması:

Süd, yumurta sarısı, un, duz, 1 x.q. bitki yağı mikserlə çırpılır.
Ayrıca yumurta ağı mikserlə çırpılıb kütləyə əlavə edilir.
Qarışıq təkrar mikserlə çırpılıb 10 dəqiqə saxlanır.
Qızdırılmış tavaya dilimlənmiş kartofla bitki yağı çəkilir.
Xəmirdən 1 x.q. götürülüb tavada blinçik qızardılır.
Qızardılmış blinçiklər üst- üstə yığılır.
Hazır blinçikdən bir ədəd götürülür, ortasına içlik qoyulur.
Zərf şəklində bükülüb, isti tavada yağda qızardılır.
Toyuq ətli blinçik boşqaba yığılıb, göbələkli sousla servis edilir.

İnterpress.az