Tərkib:
400 ml su
70-90 qr şəkər tozu
150 qr çiyələk
1 limonun qabığı
100 ml limon şuyu
Bəzək üçün:
Nanə, çiyələk və limon dilimləri
Hazırlanması:
Şəkər tozu, rəndələnmiş limon qabığı və su qazana tökülür.
Odun üzərində şərbət hazırlanır.
Soyudulub süzülür.
Çiyələk blenderdən keçirilir.
Üzərinə limon suyu əlavə edilir.
Daha sonra üzərinə soyumuş şərbət əlavə olunub qarışdırılır.
Limonad stəkanlara süzülür, buz, nanə yaprağı, çiyələk və limon dilimləri ilə bəzədilir.
İnterpress.az