Tərkib:
2 st. qarğıdalı dənələri (konsrv).
1 ədəd baş soğan
1 ədəd kartof
2 st. süd
3 st. su
4-5 dilim basdırma
2 x.q. kərə yağı
Duz, istiot
Hazırlanması:
Soğan xırda doğranıb yağda qızardılır.
Üzərinə dördkünc doğranmış kartof əlavə olunub qovrulur.
Qarışığa süd, su tökülüb qaynadılır.
Şorbaya xırda doğranmış basdırma ət, qarğıdalı dənələri əlavə edilib zəif odda bişirilir.
Hazır şorbaya duz, istiot səpilib servis edilir.
İnterpress.az