Çay saatı üçün şəkərparəbackend

Çay saatı üçün şəkərparə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

5 st. un
1,5 st. şəkər kirşanı
1 ç.q. qabartma tozu
2 ədəd yumurta
125 qr marqarin
125 qr kərə yağı
100 qr irmik
1 st. fıstıq

Şərbəti üçün:

5 st. su
1 kq şəkər tozu
2 ç.q. limon suyu

b]Hazırlanması:[/b]

Un, qabartma tozu, şəkər kirşanı ələkdən keçirilir.
Üzərinə irmik qatılıb qarışdırılır.
Kütlə təpəcik şəklinə salınır, içərisinə əvvəlcə yumurta əlavə edilir.
Sonra otaq temperaturunda yumşaldılmış hər iki növ yağ qatılır.
Xəmir yumşaq şəkildə yoğrulur.
Hazırlanan xəmirdən qoz böyüklüyündə kündələr kəsilir, şəkilləndirilir və yağlı formaya düzülür.
Hər bir kündənin üzərinə fıstıq və ya fındıq qoyulur.
Şəkərparə 160 dərəcəli sobada 50 dəq. bişirilir.
Şərbətin hazırlanması:
Su, şəkər və limon suyu qarışdırılıb qaynadılır.
Şərbət qaynar şəkildə şəkərparənin üzərinə gəzdirilib soyudulur.

İnterpress.az