Tərkib:
1 kq üzüm
1 kq şəkər tozu
10 qr vanil
1st. su
Hazırlanması:
Şəkər tozu suda həll edilib odun üstündə şərbət hazırlanır.
Yuyulmuş, suyu süzülmüş üzüm dənələri şərbətə əlavə edilir.
30 dəq. saxlanılb zəif odda bişirilir.
Mürəbbə qaynara düşdükdən sonra, üzünə yığılan köpük qaşıqla götürülür.
Hazır olana yaxın üzərinə vanil səpilib qarışdırılır.
Mürəbbə soyudulub sterilizə olunmuş bankalara yığılıb ağzı bağlanır.
İnterpress.az