Tərkib:
3 ədəd baş soğan
1 l ət suyu
2 ədəd dəfnə yaprağı
1 x.q. narşərab
2 x.q. kərə yağı
2 x.q. un
Duz, istiot
Üzəri üçün:
Qızarmış pendirli çörək
Hazırlanması:
Ət suyu qaynadılır.
Üzərinə dəfnə yaprağı, narşərab, duz və istiot əlavə olunur.
Soğan halqavarı doğranır.
Kərə yağında qovrulub bulyona əlavə edilir.
Un və 0,5 st. soyuq su qarışdırılıb ət suyuna qatılıb 15 dəq. qaynadılır.
Tost çörəyininüzərinə dilimlənmiş holland pendiri qoyulub sobada qızardılır.
Şorbanın üzərinə qoyulub servis edilir.
İnterpress.az