Xaş-xaşlı keksbackend

Xaş-xaşlı keks

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

4 ədəd yumurta
1 st. şəkər tozu
¾ st. bitki yağı
½ st. qatıq
½ st. manna yarması
¾ st. xaş-xaş toxumu
2 st. un
1 paket qabartma tozu
1 ç.q. limon suyu

Şərbət üçün:

2,5 st. şəkər tozu
2,5 st/ su
1 ç.q. limon suyu

Üzəri üçün:

şanti krem
¾ st. soyuq süd

Şərbətin hazırlanması:

Şəkər su ilə qarışdırılıb zəif odda qaynadılır.
Qaynayan şərbətə limon sıxılır.
Yumurta şəkərlə mikserlə çırpılır.
Üzərinə yağ, qatıq əlavə edilib təkrar mikserlə çırpılır.
Qarışığa xaş-xaş toxumu, manna yarması, limon suyu, qabartma tozu və ələnmiş un əlavə olunur.
Mikserlə qarışdırılıb yağlanmış formaya tökülür.
170 dərəcəlik sobada 45 dəq. bişirilir.
Sobadan çıxarılır, dilimlənib üzərinə şərbət gəzdirilir.
Krem-şanti südlə çırpılıb soyuducuya qoyulur.
Krem keksin üzərinə yayılıb servis edilir.

İnterpress.az