Zeytun yağlı yarpaq dolmasıbackend

Zeytun yağlı yarpaq dolması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

0,5 kq yarpaq
2 st. düyü
1 st. zeytun yağı
7-8 ədəd baş soğan
1 x.q. tomat
1 x.q. quş üzümü
Yarım dəstə cəfəri, şüyüd
1 ç.q. quru nanə
1 ç.q. duz
1 ədəd limon
1 ç.q. darçın

Hazırlanması:

Düyünü təmizləyin, qaynar suyun içinə duz atıb düyünü 20 dəq. suya qoyun. Quş üzümlərini də yuyub isladın ki, suda şişsin. Yaşıllıqları incə doğrayıb bir kənara qoyun. Bu arada soğanı sürtkəcdən keçirin. Orta ölçülü geniş bir qazanın içinə zeytun yağını tökün.

Sürtkəcdən keçirdiyiniz soğanı qazana əlavə edin. Soğanı yumşalana və rəngini çox az dəyişənə qədər qovurun. Tamatı əlavə edin və bir-iki dəfə qarışdırın.

Düyünü yaxşıca süzün və qazana əlavə edin. Soğanla, tomatla bərabər 3-4 dəqiqə düyünü də qovurun.

Qovurma sırasında nanəni, quş üzümünü, doğradığınız yaşıllıqları, duzu, şəkəri, darçını və ən son limon suyunu sıxıb qatın və hamısı bir-birinə yaxşı qan-şana qədər qarışdırıb o cağın altını söndürün.

Yuyub hazırladığınız yarpaqları bir-bir açın. Bir yemək qaşığı hazırladığınız içdən alıb yarpağın sap qisminə yayın.

Yarpağın kənarlarını içə doğru qatlayın və sonra dolmanı rulon kimi yuvarlayıb sarıyın. (Kiçik barmaq qalmlığında sarıya bilsəniz – bu işin peşəkarı oldunuz deməkdir). Sarıdıqlarınızı sırayla qazana düzün.

Sarıma işi bitdikdən sonra, dolmaların üstünə 1-2 qaşıq zeytun yağı gəzdirin, üzərinə az keçəcək şəkildə ilıq su töküb qaynayana qədər yüksək ocaq-da, qaynadıqdan sonra, zəif ocaqda yarpaqlar yumşalana qədər bişirin.

Bişdikdən sonra qapağı açın ki, soyusun. Zeytun yağlı dolmalar soyuq şəkildə yeyilir.

Soyuq vəziyyətdə limon dilimləri ilə bəzəyib servis tabağına düzün və servis edin.

İnterpress.az