Nəfis çiyələkli tartbackend

Nəfis çiyələkli tart

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

2 st. un
1 ədəd yumurta sarısı
150 qr soyuq kərə yağı
½ st. şəkər kirşanı
1 x.q. soyuq su
¼ ç.q. duz

Krem üçün:

2,5 st. süd
5 ədəd yumurta sarısı
2 x.q. nişasta
¾ st. şəkər tozu
1 paket vanil
2 x.q. kərə yağı

Üzəri üçün:
500 qr çiyələk

Kremin hazırlanması:
Dərin bir qabda yumurta sarısı, şəkər və nişasta mikserlə çırpılır.
Süd vanil qarışığı zəif odda bişirilir.
Üzərinə az-az yumurtalı qarışıq əlavə edilir.
Dayanmadan qarışdırılaraq bişirilir.
Krem odun üstündən götürülür, üzərinə yağ əlavə olunub mikserlə çırpılır.
Hazır krem soyuducuya yerləşdirilir.

Tart xəmirinin hazırlanması:

Ələnmiş un, şəkər kirşanı və duz qarışdırılır.
Üzərinə parçalara bölünmüş kərə yağı qatılın qarışdırılır.
Son olaraq yumurta sarısı və soyuq su qatılıb bir daha qarışdırılır.
Xəmir streclı bağlanıb 30 dəq. soyuducuya qoyulur.
Xəmir yağlanmış tart formasına əllə yayılır, üstü yağlı kağızla örtülür.
180 dərəcəli sobada 25 dəq. bişirilir.
Hazır tart sobadan çıxarılır, üzərindən yağlı kağız götürülüb soyudulur.
Tartın üzərinə krem yayılır, ikiyə bölünmüş çiyələklə bəzədilib servis edilir.

İnterpress.az