Tərkib:
80 qr quzu qabırğası
80 qr mal əti
50 qr quyruq
40 qr yaşıl fıstıq
30 qr kərə yağı
¼ dəstə şüyüd
30 qr düyü
Duz, istiot
Hazırlanması:
Ət və quyruq çapacaqla döyülür.
Üzərinə xırda doğranmış fıstıq əlavə edilir, duz və istiot səpilib qarışdırılır. Qarışıq qabırğanın ətli hissəsinə keçirilib əllə bərkidilir.
Kərə yağında hər iki tərəfli qızardılır. Düyü duzlu suda qaynadılıb, süzülür. Üzərinə xırda doğranmış şüyüd tökülüb qarışdırılıb dəmə qoyulur. Qızarmış antrekot lüləsi boşqaba qoyulur, şüyüdlü düyü ilə süfrəyə verilir.
İnterpress.az