Tərkib:
2 ədəd şirin peçenye
Krem üçün:
2 x.q. kəsmik
2 x.q. çiyələk cemi
Üstü üçün:
2 dilim ananas (konservləşdirilmiş)
4-5 ədəd gilas mürəbbəsi (dənələri)
1-2 ç.q. çiyələk mürəbbəsi
1 ç.q. limon sedrası
Kremin hazırlanması:
Kəsmiyin üzərinə cem qatılıb mikserlə çırpılır.
1 ədəd peçenyenin üzərinə krem yayılıb digər peçenye ilə örtülür.
Üzərinə çiyələk mürəbbəsi çəkilir, ananas dilimləri düzülür.
Desert gilas mürəbbəsi və limon sedrası ilə bəzədilib servis edilir.
İnterpress.az