Ezogəlin şorbasıbackend

Ezogəlin şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

100 qr qırmızı mərci
1 x.q. tomat pastası
2-3 ç.q. nanə qurusu
1 ədəd baş soğan
30 qr vermişel
3 x.q. düyü
3 x.q. yarma
1 x.q. kərə yağı
1 x.q. bitki yağı
1 ç.q. pul bibər
1 x.q. un
6-7 st. su
Duz, istiot

Hazırlanması:

Düyü, yarma, mərci yuyulub süzülür.
Qazana bitki və kərə yağı əlavə edilir.
Yağın üzərinə xırda doğranmış soğan əlavə olunub qızardılır.
Yağ-soğanın üzərinə un qatılıb qovrulur.
Qarışığa tomat pastası, nanə qurusu, pul bibər əlavə edilib təkrar qovrulur.
Yağa düşən ərzaqların üzərinə düyü, mərci və yarma qatılıb qarışdırılır.
Qarışığa su tökülüb zəif odda qaynadılır.
Şorbaya vermişel əlavə olunur, duz və istiot səpilib 15 dəqiqə bişirilir.
Hazır şorbanın üzərinə nanə qurusu səpilib süfrəyə verilir.

İnterpress.az