Tərkib:
70 qr “Mamasita” sousu
3-4 ədəd çerri pomidoru
3-4 ədəd ağ və qara zeytun
30 qr qarğıdalı dənələri
1-2 ədəd təzə xiyar
¼ ədəd bolqar bibəri
150 qr toyuq filesi
5 qr qara küncüt
5 qr ağ küncüt
¼ dəstə kahı
½ ədəd kök
Bitki yağı
Hazırlanması:
Toyuq filesi, bibər, kök və 1 ədəd xiyarın qabıq hissəsi uzunsov doğranır.
Doğranmış toyuq filesi yağda qızardılır, üzərinə kök, bibər, xiyar qabığı əlavə edilib qovrulur.
Ərzaqların üzərinə hər iki növ küncüt səpilir, sous tökülüb qarışdırılır.
Kahı əllə parçalanır, pomidor dilimlənir, xiyar dördkünc, hər iki növ zeytun halqavarı doğranır.
Doğranmış tərəvəzlərin üzərinə qarğıdalı dənələri əlavə edilib qarışdırılır.
Salat boşqaba yığılır, üzərinə souslu toyuq əti əlavə edilib servis edilir.
İnterpress.az