İftara ramazan pidesibackend

İftara ramazan pidesi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

5 st. un
25 qr maya
2 st. ilıq süd
1ç.q. şəkər tozu
0,5 st. ilıq su
1 armudu st. bitki yağı
Duz

Xəmirə şəkil vermək üçün:

2 x.q. un
1 st. su

Üstü üçün:

1 ədəd yumurta sarısı
1 x.q. bitki yağı
1 x.q. süd
1 x.q. qatıq
Küncüt
Çörək otu

Hazırlanması:

Dərin bir qaba maya, süd və şəkər əlavə edib 10 dəq. saxlayın.
Sıra ilə digər ərzaqları üzərinə əlavə edib xəmir yoğurun.
Xəmiri 40 dəq. isti yerdə saxlayıb, 2-3 kündəyə ayırın.
Masaya un səpin, kündələri açın, unlanmış və yağlanmış formaya yerləşdirin.
Əlinizi unlu suya batırıb, xəmirin üstünə şəkil verin.
Əlinizi təkrar unlu suya batırın və yenidən xəmirə şəkil verin (bişən zaman cızıqlar itməsin deyə).
Formada xəmir 30 dəq. yenidən saxlanıb, üstü çəngəllə deştəklənir.
Yumurta sarısı, bitki yağı, süd və qatıq qarışdırılıb xəmirin üzərinə çəkilir.
Xəmirin üzərinə bolluca küncüt və çörək otu səpib 200 dərəcəlik sobada bişirin.

İnterpress.az