Limonlu tartbackend

Limonlu tart

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

225 qr un
2 x.q. şəkər tozu
125 qr kərə yağı
2 x.q. soyuq su

Limonlu içlik üçün:

50 qr qarğıdalı unu
125 ml su
250 ml limon suyu
440 qr şəkər tozu
4 ədəd yumurta ağı
60 qr kərə yağı

Hazırlanması:

Un və şəkər tozu ələnir. Üzərinə xırda doğranmış kərə yağı əlavə edilib qarışdırılır. Qarışığa su tökülüb əllə xəmir yoğrulur. Dairəvi formaya yağlı kağız sərilir. Üzərinə 23 sm ölçüdə xəmir yayılır (artıq xəmir kəsilir). Xəmirin üzərinə yağlı kağız salınıb 30 dəqiqə soyuducuda saxlanır. Xəmir 180 dərəcəyədək qızdırılmış sobada 30 dəq. qızılı rəng alanadək bişirilir.

İçliyin hazırlasnması:

Qarğıdalı unu, su, limon suyu və 220 qr şəkər tozu zəif odda
5 dəqiqə dayanmadan qarışdırılaraq bişirilir.
Qarışıq soyudulub, üzərinə xırda doğranmış kərə yağı və yumurta əlavə olunur. Kütlə mikserlə çırpılıb 3 saat soyuducuda saxlanır.
Yumurta ağının üzərinə 220 qr şəkər tozu tədricən əlavə edilərək mikserlə çırpılır. Hazır tartın üzərinə əvvəcə içlik, sonra beze yayılır. Limonlu tart 5 dəq. 190 dərəcəyədək qızdırılmış sobada saxlanıb çıxarılır. Tart soyuduqdan sonra süfrəyə verilir.

İnterpress.az