Ananas souslu qızıl balıqbackend

Ananas souslu qızıl balıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

200 qr qızıl balıq
1 ədəd yunan qabağı
2 x.q. zeytun yağı
1 budaq rozmarin
Duz, istiot

Sous üçün:

2 dilim ananas
1 x.q. kərə yağı
Rizotto üçün:
30 qr “Parmezan” pendiri
300 ml toyuq bulyonu
3 x.q. yumru düyü
1 x.q. kərə yağı
2 x.q. qaymaq
Duz

Hazırlanması:

Balığa duz, istiot vurulub zeytun yağında qızardılır.
Yunan qabağı halqavarı doğranıb yağda qızardılır.
Rizottonun hazırlanması:
Düyü yuyulur, əridilmiş kərə yağında qovrulur.
Üzərinə bulyon tökülür, dayanmadan qarışdırılaraq bişirilir.
Hazır olana yaxın, üzərinə qaymaq, sürtgəcdən keçirilmiş pendir, duz əlavə edilib qarışdırılır.

Sousun hazırlanması:

Ananas dilimləri xırda dördkünc doğranır.
Kərə yağında, şirə buraxanadək qovrulur.
Boşqaba qızardılmış yunan qabağı dilimləri düzülüb, rizotto əlavə edilir.
Üstündən balıq yerləşdirilib sous tökülür.
Hazır yemək rozmarin budağı ilə bəzədilib servis edilir.

İnterpress.az