Tərkib:
½ st. maş lobya
½ st. kinoa
1 dəstə göy soğan
½ dəstə nanə
1 dəstə reyhan
Sousu üçün:
15 ədəd çiyələk
1 ədəd pomidor
1 x.q. balzamik sirkə
2 x.q. zeytun yağı
Duz
Hazırlanması:
Maş lobya 2-3 saat isladılır, daha sonra duzlu suda bişirilir
Kinoa yuyulur, 15 dəq. suda saxlanıb suda bişirilir.
Göyərti xırda doğranır.
Ərzaqlar qarışdırılıb kasaya qoyulur.
Sousun hazırlanması:
Çiyələk, qabığı soyulmuş pomidor, zeytun yağı, balzamik sirkə və duz blenderdən keçirilir.
Sous salatın üzərinə gəzdirilib qarışdırılır.
İnterpress.az