Kremli kartofbackend

Kremli kartof

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

6 ədəd kartof
4 ədəd yumurta
1 dəstə göy soğan
1 ç.q. cirə
1ç.q. hindistan cevizi
İstiot

Sousu üçün:

100 qr kərə yağı
Bir çimdik zəncəfil tozu
1 ç.q. qarğıdalı nişastası
400 nl süd
Duz

Üzəri üçün:
Şüyüd

Hazırlanması:

Kartofun üzərinə ilıq su töküb bişirin, soyudub qabığını soyun.
Yumurtanı suda bişirib, qabığını soyun.
Kartofu və yumurtanı kubvarı doğrayıb kasaya əlavə edin
Üzərinə xırda doğranmış göy soğan, rəndələnmiş hindistan cevizi, zirət və istiot qatın.
Salatı qarışdırmadan üzərini streclə bağlayıb soyuducuya yerləşdirin.

Sousun hazırlanması:

Kərə yağını əridin, üzərinə zəncəfil səpin.
Kərə yağı əridikdən sonra üzərinə nişasta əlavə edib qarışdırın.
Üzərinə südü az-az töküb qarışdırın, duz səpib odunu üstündən götürün.
Sousu soyudub salatın üzərinə gəzdirin, qarışdırıb təkrar streclə bağlayıb 1 saatlıq soyuducuya yerləşdirin.
Salatı şüyüd yarpağı ilə bəzəyib servis edin.

İnterpress.az