Tərkib:
2 st. uzun düyü
2 x.q. kərə yağı
1 st. göy noxud
1 -2 ədəd toyuq sinəsi
1,5 st. toyuq suyu
1 x.q. limon suyu
1 dəstə şüyüd
duz
Hazırlanması:
Toyuq ətini suda qaynadın (suyunu iki dəfə dəyişin), iri parçalara didin.
Düyünü suda 3 saat saxlayıb, süzgəcdən keçirilmiş toyuq suyunda qaynadın.
Qaynayan suya limon suyu əlavə edin.
Düyü bişəndən sonra süzün.
Üzərinə xırda doğranmış şüyüd, göy noxud və toyuq əti əlavə edib incə şəkildə qarışdırın.
Düyü qarışığının üzərinə kərə yağı gəzdirib dəmə qoyun.
İnterpress.az