Tərkib:
200 qr gül kələm
1 ədəd pomidor
1 ədəd baş soğan
15 qr qovrulmuş fındıq
15 qr qovrulmuş badam
1 diş sarımsaq
2 x.q. zeytun yağı
1 l su
1 ç.q. zəncəfil
1 ç.q. kari
1 ədəd darıçın çubuğu
Duz, pul bibər
Hazırlanması:
Soğan və sarımsaq xırda doğranıb yağda qovrulur, üzərinə xırda doğranmış pomidor əlavə edilir.
Pomidor yumşalana yaxın üzərinə 250 ml su və ayrıca bişirilmiş gül kələm qatılır.
2-3 dəq. sonra şorbaya zəncəfil, karri, duz, pul bibər və yerdə qalan su tökülüb zəif odda qaynadılır.
Şorba hazır olana yaxın üzərinə bir qədər rəndələnmiş darçın əlavə edilir.
Hazır şorbanın üzərinə qovrulmuş badam və fındıq əlavə olunub blenderdən keçirilir.
Zövqə görə qaymaq gəzdirilib servis edilir.
İnterpress.az