Tərkib:
4 ədəd alma
½ x.q. limon suyu
2 x.q. portağal suyu
4 x.q. qəhvəyi şəkər
1 ç.q. darçın
200 qr yulaflı peçenye
½ st. qoz ləpəsi
Vanil
Hazırlanması:
Alma dördkünc doğranır, üzərinə limon suyu və şəkər əlavə edilib zəif odda bişirilir. Üzərinə darçın və vanil qatılır. Peçenye kiçik parçalara bölünür, üzərinə portağal suyu və üyüdülmüş qoz ləpəsi qatılır.
Arzuya görə blenderdən də keçirilə bilər. Qədəhə bir qat peçenye qırıntıları, bir qat alma qarışığı əlavə edilir. Proses təkrarlanır. Desertin üzərinə dondurma qoyulub servis edilir.
İnterpress.az