Mütləq imsak üçün oyanın.
Orucunuzu su və şorba ilə açın.
Yeməyi kiçik tikələr halında və yavaş-yavaş yeyin.
İftarda mədənizi çox doldurub, bütün gün yeməli olduğunuz şeylərin hamısını birdən yeməyin.
İftar vaxtı mədənizə çox ziyan vurmamaq üçün ilk olaraq kiçik porsiya, daha sonra axşam yeməyi, ara qida və mütləq imsak olacaq şəkildə 4 dəfə yeyin.
Orucunuzu xurma ilə açmaq istəyirsinizsə, 4 ədəd xurmanın 1 porsiya meyvəyə bərabər olduğunu bilərək, qədərində yeyin.
Ramazanda ən çox rast gəlinən problemlərdən biri olan qəbizlik kökəlməyə də səbəb ola bilər. Buna görə də qəbizliyin qarşısını almaq üçün çoxlu su için. Suyu iftarla imsak arasında bərabər bölüşdürün. Dalbadal su içməyin.
Şirniyyat seçimi zamanı südlü şirniyyatlara üstünlük verin.
Meyvə və tərəvəz çox yeyin.
Qızartmalardan uzaq durun. Sobada və ya suda bişirilmiş yeməklərə üstünlük verin.
Həftədə 2 dəfə südlü şirniyyat yeyib, digər günlərdə şirniyyatı meyvə və quru meyvə ilə əvəzləyin.
İftar yeməklərində, adətən, çox yağ olur. Buna görə də hər gün müxtəlif seçimlər edin.
İmsakda yağ, bal, pendir, zeytun yeyin.
İftardan 1 saat sonra 20-30 dəqiqəlik gəzintiyə çıxın.
Gündə ən az iki porsiya meyvə yeyin.
Ramazan ayı ərzində hər gün 2 st. az yağlı süd, qatıq məhsulları yeməyə çalışın ki, tərkibindəki kalsium oruc tutduğunuz zaman da yağ yandırmağa kömək etsin.
Salat zeytun yağı ilə hazırlayın.
İnterpress.az