Yaponiyada qara qarpız hərraca çıxarılıb. Məlumata görə, Toma şəhərində yetşdirilən nadir \”denske\” növündən olan qara rəngli qarpız 500 min yenə (4,7 min dollara) satılıb. Onu alan şəxsin adı isə açıqlanmayıb.
Belə böyük məbləğə baxmayaraq bu, rekord qiymət olmayıb. Belə ki, 2008-ci ildə 6, 1 dollara satılan qara qarpız bu sahədə rekord vurub.
Bu qarpızlar qaraya çox yaxın olan tünd yaşıl rəngləri, sululuq və şirinlikləri ilə seçilirlər. Toma şəhəri isə onların yetişdirilmə mərkəzi hesab edilir. Hər il bu şəhərdə qarpız hərracı keçirilir. Bu ildə fermerlər azı 70 min qarpız satmağı planlaşdırırlar. Onların birinin qiyməti isə ortalama 47 dollar olacaq.
Ümumiyyətlə, Yaponiya forma, rəngi, dadına görə qəribə meyvələri ilə məşhurdur. Bu meyvə-tərəvəzə də külli miqdarda pul ödəyənlərin sayı kifayət qədər çoxdur. Məsələn, bir neçə gün qabaq \”yubai\” növündən olan yemişə 28 min, manqoya 2,5 min dollar pul verilib. (ans)
İnterpress.az