Tərkib:
3 st. turşuya qoyulmuş göbələk
1 ədəd kök
1 ədəd bolqar bibəri
1 ədəd sarı bibər
1 ədəd turşu-xiyar
1 ədəd təzə xiyar
1 ədəd baş soğan
3-4 x.q. limon suyu
3-4 x.q. zeytun yağı
şüyüd
duz, istiot
Hazırlanması:
Göbələk ortadan iki yerə kəsin. Kök suda qaynadılıb uzunsov doğranır. Bibər və xiyar samanvarı , şüyüd xırda doğranır..
Soğanı soyun və yarı bölüb incə doğrayın. Üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın.
Bütün ərzaqları kasaya əlavə edin, duz, istiot səpin, limon suyu və yağ gəzdirib servis edin.
İnterpess.az