Badımcan “qalası”backend

Badımcan “qalası”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

2 ədəd badımcan
4 ədəd pomidor
3 diş sarımsaq
2 x.q. pomidor əzməsi
1-2 dilim mozarella pendiri
1 ədəd dəfnə yarpağı
Reyhan
Bitki yağı
Duz, istiot

Hazırlanması:

Badımcan yuvarlaq doğranıb, yağda qızardılır.
Pomidor xırdalanır, sarımsaq əzilir.
Doğranmış pomidor yağda qovrulur, üzərinə sarımsaq və dəfnə yarpağı qatılır.
Sousa duz və istiot səpilir, xırda doğranmış reyhan əlavə edilib qarışdırılır.
Badımcan nimçəyə qoyulur, üzərinə pendir dilimi yerləşdirlir, pomidor sousu tökülür. Proses bir neçə dəfə təkrarlanır.
Badımcan “qalası” 180 dərəcəlik sobada pendir əriyənəcən bişirilir.

İnterpress.az