Tərkib:
2 ədəd baş soğan
2 ədəd kərəviz saplağı
1 ədəd kök
2-3 budaq kəklikotu
3 ədəd yumru qara istiot
1 ədəd dəfnə yarpağı
2 dəstə cəfəri
Duz
Hazırlanması:
Toyuq qazana yerləşdirilir, üzərinə su tökülüb qaynadılır, kəfi yığılır.
Bulyonun 3 dəfə suyu dəyişdirilir. Süzgəcdən süzülmüş bulyona dəfnə yarpağı, baş soğan, kök, kərəviz, kəklikotu, cəfəri, yumru istiot və duz əlavə olunub 1 saat qaynadılır. Ət bulyondan çıxarılır, suyu süzgəcdən süzülür. Bulyon şüşə qaba tökülüb soyuducuya yerləşdirilir.
İnterpress.az