Tərkib:
4 ədəd pomidor
4 ədəd yumurta
1 st. rəndələnmiş holland pendiri
1 st. doğranmış xırda pomidor
½ st. qaynar su
2 x.q. zeytun yağı
Duz, istiot
Hazırlanması:
Bol suda pomidorları yuyub, baş hissəsini kəsin.
İçərisini qaşıqla ovub, duz və istiot səpin.
Dolmanın sousu üçün:
Yağı bir tavada qızdırın. Üzərinə xırda doğranmış pomidor əlavə edib 2-3 dəq. zəif odda bişirin. Üzərinə qaynar su töküb 2 dəq. qaynadın.
Sousu formaya yayıb, üzərinə pomidorları düzün.
Pomidorların içərisinə hollnad pendiri paylaşdırın, üzərinə bir-bir yumurta qırın. Üzərinə duz və istiot səpin.
Pomidor dolmasını 200 dərəcəlik sobada 10 dəq. bişirin.
Üzərinə xırda doğranmış göy soğan səpib servis edin.
İnterpress.az