Sevəni çox:  toyuq ciyəribackend

Sevəni çox: toyuq ciyəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

600 qr toyuq ciyəri və ürəyi
4 x.q. zeytun yağı
2 ədəd baş soğan
1 ədəd qırmızı bibər
½ dəstə cəfəri
1-2 ədəd pomidor
1 ədəd limonun suyu
Duz, istiot, pul bibər

Hazırlanması:

Ciyəri yaxşıca təmizləyib, iki yerə bölün.
Bolluca suda yuyun, təkrar 10 dəq. suda saxlayın.
Soğan , pomidor və cəfərini xırda, bibəri isə uzunsov doğrayın.
Tavada yağ qızdırılıb soğanı qızardın, üzərinə bibəri əlavə edib qovurun.
Qovrulan ərzaqların üzərinə toyuq ciyərini qatıb bişirin.
Suyu çəkiləndə üzərinə pomidor, duz, istiot və pul bibər əlavə edib yağa düşənəcən qovurun.
Hazır yeməyin üzərinə limon suyu gəzdirib, xırda doğranmış cəfəri səpib servis edin.

İnterpress.az