Tərkib:
700 qr toyuq əti
100 qr quyruq
1 ədəd yumurta sarısı
1 ədəd baş soğan
Bitki yağı
Duz, döyülümüş qara istiot
4 ədəd burger üçün çörək
1 top “mozzarella” pendiri
12 ədəd çerri pomidoru
½ hissə qırmızı soğan
½ ədəd qırmızı bibər
Ketçup, mayonez, kərə yağı
Kahı
Hazırlanması:
Quyruq soyuducuya qoyulub dondurulur.
Daha sonra sürtgəcdən keçirilir.
Toyuq əti ətçəkən maşından keçirilir.
Soğan xırda doğranır, üzərinə soyuq duzlu su tökülüb 10 dəq. saxlanırb, süzgəcdən süzülür.
Toyuq ətinə yumurta sarısı, quyruq, soğan, duz, istiot qatılıb yaxşıca qarışdırılır.
Yoğrulub, dairəvi yastı kotletlər hazırlanır və 30 dəq. soyuducuya yerləşdirilir.
Çörək ikiyə bölünür, bir hissəsinə kərə yağı çəkilir.
Qırmızı soğan, pendir və pomidor halqavarı doğranır.
Burqerlər yaxşı qızdırılmış tavada yağda qızardılır.
Çörəyin üzərinə kahı qoyulur, üzərinə qızarmış burger, pendir, pomidor, soğan yerləşdirilir.
Burgerlər ketçup və mayonezlə servis edilir.
İnterpress.az